...

Ronaldo “Əl-Nəsr”in oyunlarını boykot etməyi dayandıracaq

İdman Materials 14 Fevral 2026 02:07 (UTC +04:00)
Ronaldo “Əl-Nəsr”in oyunlarını boykot etməyi dayandıracaq

Bakı. Trend:

Kriştiano Ronaldo “Əl-Nəsr”in oyunlarını boykot etməyi dayandıracaq.

Trend xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda sabah “Əl-Fateh”lə oyunda iştirak edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Daha əvvəl Ronaldo Səudiyyə çempionatında “Əl-Riyad” və “Əl-İttihaad”a qarşı oyunları, həmçinin Asiya Çempionlar Liqasında “Arkadag”la oyunu buraxmışdı.

Xatırladaq ki, Ronaldo Suveren Fondu (PIF) tərəfindən “Əl-Nəsr”in rəqiblərlə müqayisədə idarə edilməsindən narazıdır və hesab edir ki, klub çempionluq uğrunda mübarizədə əngəllərlə üzləşir. Ronaldo həmçinin Kərim Benzemanın “Əl-Hilal”a keçməsinə qarşı çıxıb, bunu “rəqabətə zərər vurmaq” kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti