Bakı. Trend:
Keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Tural Qanbayevin yekun məhkəmə prosesi baş tutub.
Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Hadisə keçən il oktyabrda Şirvanda baş verib. Təqsirləndirilən Tural Qanbayev keçmiş həyat yoldaşı Lamiyə Qanbayevaya 11 bıçaq zərbəsi vurub.
O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
