...

Van İ beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün ortaq təmas nöqtələri axtarmağa çağırıb

Dünya xəbərləri Materials 14 Fevral 2026 15:00 (UTC +04:00)
Van İ beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün ortaq təmas nöqtələri axtarmağa çağırıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün ortaq təmas nöqtələrinin axtarılması vacibdir.

Trend xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

“Beynəlxalq əməkdaşlıq və qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün fikir ayrılıqlarını bir kənara qoyaraq, ortaq nöqtələr tapmaq və qarşılıqlı faydalı əməkdaşlığa can atmaq vacibdir. Dünya rəngarəngdir. Ölkələrin sosial sistemləri, tarixi, mədəniyyəti, maraqları və tələbatları baxımından fərqlənməsi təbiidir. Məhz bu fərqlər dialoq və birgə fəaliyyət tələb edir”, – deyə o vurğulayıb.

Van İ qeyd edib ki, ölkələrin bir-birinə hörmət etməməsi və bir-birinin uğuruna töhfə verməməsi üçün heç bir əsas yoxdur.

“Tarix göstərir ki, nə İkinci Dünya müharibəsində qələbə, nə qlobal maliyyə böhranının aradan qaldırılması, nə də iqlim dəyişikliyi və ya terrorizmlə mübarizədə əldə olunan uğurlar ölkələrin fərqlərinə baxmayaraq səmimi əməkdaşlıq üçün birləşməsi olmadan mümkün olmazdı”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, qlobal idarəetmədə islahatların aparılması və onun təkmilləşdirilməsi zamanı hər zaman çoxtərəflilik prinsipinə sadiq qalmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti