Bakı. Trend:
PSJ müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Liqa 1 nəhənginin əsas hədəfi "Tottenhem"in kapitanı Kristian Romerodur. Argentinalı futbolçu Londonda xoşbəxt deyil və klubdan ayrılmaq istəyir. PSJ 27 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna 90 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2022-ci ilin yayında "Atalanta"dan 52 milyon avroya transfer edib.
