...

Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlandı

Hadisə Materials 14 Fevral 2026 10:31 (UTC +04:00)
Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlandı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb.

Trend-in məlumatına görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkun olunmuş İntiqam Ağayev saxlanılıb.

Belə ki, onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti