...

ABŞ kəşfiyyat dronu İran yaxınlığında uçuşlar həyata keçirib

Dünya xəbərləri Materials 14 Fevral 2026 10:10 (UTC +04:00)
ABŞ kəşfiyyat dronu İran yaxınlığında uçuşlar həyata keçirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbi dəniz qüvvələrinə aid “P-8A Poseydon” sualtı-qayıq əleyhinə patrul təyyarəsi və “MQ-4C Triton” radio elektron kəşfiyyat pilotsuz uçuş aparatı İran sahillərindən cənub şərqdə saatlarla davam edən uçuş həyata keçirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə real vaxtda aviasiya hərəkətinin monitorinqini aparan “Flightradar24” platformasıında məlumatlar dərc olunub.

Dron ABŞ-nin BƏƏ-dəki Əl-Dəfra aviabazasından buraxılıb. Bir neçə saat ərzində o Oman körfəzində İran yaxınlığındakı beynəlxalq sularda hərəkət edib.

Ardınca isə “P-8A Poseydon” təyyarəsi Bəhreynin Şeyx-İsa aviabzasından qalxıb və Hörmüz boğazı üzərində çoxsaylı uçuşlar həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti