...

Səhiyyə Nazirliyi kolbasalarla bağlı yoxlamalara başlayıb

Cəmiyyət Materials 13 Yanvar 2012 15:25 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan kolbasa və kolbasa məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb.
Səhiyyə Nazirliyi kolbasalarla bağlı yoxlamalara başlayıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan kolbasa və kolbasa məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb.

Bunu cümə günü Trend-ə RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılır. Yoxlamaların yanvarın sonunda başa çatacağı planlaşdırılır.

Bundan sonra isə mərkəz süd və süd məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlayacaq.

Xəbər lenti

Xəbər lenti