...

ABŞ səfiri Qafqaz Universitetində görüş keçirib

Cəmiyyət Materials 24 Oktyabr 2012 16:19 (UTC +04:00)
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib.
ABŞ səfiri Qafqaz Universitetində görüş  keçirib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib.

Universitetdən çərşənbə günü Trend-ə verilən məlumata görə, Qafqaz Universitetinin rektoru Ahmet Saniç Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Rektor R.Morninqstarın səfir olduğu müddətdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Morninqstar deyib ki, bu vəzifəyə təyin olunana qədər onun Azərbaycana qısamüddətli səfərləri çox olub. Səfir tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib. O, Amerika- Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Səfir Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış oldu. O, buradakı təhsil imkanlarından razı qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti