...

Alman media qrupun rəhbəri: I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın böyük potensialı olduğunu təsdiq edir

Baku 2015 : EUROGAMES Materials 5 May 2015 11:01 (UTC +04:00)
Heç də hər ölkə Birinci Avropa oyunları kimi bu cür miqyasda tədbiri keçirmək hüququnu əldə edə bilmir və Oyunların Azərbaycanda keçirmək qərarı ölkənin böyük potensialının təsdiqidir
Alman media qrupun rəhbəri: I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın böyük potensialı olduğunu təsdiq edir

Avstriya, Vyana, 5 may /Trend, müxbir İlahə Məmmədli/

Heç də hər ölkə Birinci Avropa oyunları kimi bu cür miqyasda tədbiri keçirmək hüququnu əldə edə bilmir və Oyunların Azərbaycanda keçirilməsi qərarı ölkənin böyük potensialının təsdiqidir. Bu barədə Vyanada keçirilən Avropa Qəzet Konqresi çərçivəsində "Objektleiter" alman media qrupunun rəhbəri Ayxan Günəş Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Birinci Avropa Oyunları avropalılara, digər iştirakçı və tamaşaçılara Azərbaycan mədəniyyəti, görməli yerləri və turizm imkanları ilə tanış olmağa kömək edəcək.

A.Günəş qeyd edib ki, Azərbaycanda iri miqyaslı idman tədbirlərinin keçirilməsi üçün lazımi infrastruktur yaradılır: "Mənə məlumdur ki, Azərbaycanda iki ildən sonra IV İslam Həmrəyliyi Oyunları keçiriləcək".

Onun sözlərinə görə, yay və qış olimpiya oyunlarında yaxşı nəticə göstərən Almaniya Avropa Oyunlarına bütün növlər üzrə atletlərini göndərmək niyyətindədir: "Xüsusilə, alman idmançıları üzgüçülük, futbol, basketbol, yüngül atletika kimi idmanın növlərində mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti