...

Beynəlxalq Olimpiya Komitəsinin əksər üzvləri Bakı-2015-in açılışında iştirak edəcəklər

Baku 2015 : EUROGAMES Materials 15 May 2015 16:35 (UTC +04:00)
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlərinin 2/3-nin Bakı-2015 Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyi bu idman tədbirinin əhəmiyyətini göstərir.
Beynəlxalq Olimpiya Komitəsinin əksər üzvləri Bakı-2015-in açılışında iştirak edəcəklər

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Elmira Tariverdiyeva/

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlərinin 2/3-nin Bakı-2015 Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyi bu idman tədbirinin əhəmiyyətini göstərir. Trend-in Aroundtherings.com saytına istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

AOK-un Türkiyənin Belek şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasından sonra P.Hikki bildirib: "BOK-un artıq 70 üzvü Avropa Oyunlarının iyunun 12-də keçiriləcək açılış mərasimində iştirakını təsdiqləyib".

Onun sözlərinə görə, son hazırlıqları izləmək üçün Bakıda olan AOK üzvlərinin təqdim etdiyi hesabatlar çox yaxşıdır.

Yunanıstan Olimpiya Komitəsinin rəhbəri Siros Kapralos da Bakı-2015 hazırlıqlarından razı qaldığını deyib: "Mən və bir neçə AOK üzvü son aylar ərzində Bakıya müntəzəm səfərlər etmişik və hamımız gördüklərimizdən çox razı qalmışıq".

Onun sözlərinə görə, Bakıda Oyunların infrastrukturu Olimpiya Oyunları səviyyəsindədir - böyük nailiyyətdir: "Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Bu, Avropa Oyunları konsepsiyasının möhtəşəm başlanğıcıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti