Azərbaycan, Bakı, 4 iyun /Trend/
Bakı-2015-in mərkəzi ofisində təxliyə proseduru sınaqdan keçirilib.
Trend-in məlumatına görə, Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) bu gün öz qərargahında Avropa Oyunlarına ümumi hazırlıq çərçivəsində təxliyə prosedurunu uğurla sınaqdan keçirib.
Komitənin sözçüsü qeyd edib: "Hər bir böyük təşkilat belə qlobal tədbirdən öncə özünün fövqəladə vəziyyət və təxliyə prosedurunun hər bir aspektini sınaqdan keçirir. BAOƏK də bu gün bunu uğurla və rəvan şəkildə həyata keçirdi".