...

Rumıniyanın dövlət katibi: I Avropa Oyunları Azərbaycanın nüfuzunu daha da artıracaq

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 12:27 (UTC +04:00)
Birinci Avropa Oyunları Azərbaycan tarixində böyük bir hadisə olacaq. Bunu Trend-ə Rumıniyanın Baş Katibliyinin Etniklərarası Əlaqələr Departamentinin Dövlət Katibi Eniko Laziko deyib.
Rumıniyanın dövlət katibi: I Avropa Oyunları Azərbaycanın nüfuzunu daha da artıracaq

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Birinci Avropa Oyunları Azərbaycan tarixində böyük bir hadisə olacaq. Bunu Trend-ə Rumıniyanın Baş Katibliyinin Etniklərarası Əlaqələr Departamentinin Dövlət Katibi Eniko Laziko deyib.

E.Laziko bildirib ki, bu Oyunlar Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə imkan yaradacaq: "Azərbaycanın artıq dünyada çox yaxşı nüfuzu var. Lakin hesab edirəm ki, Avropa Oyunları ölkənin nüfuzunun daha da artması üçün bir təkan olacaq".

E.Laziko Azərbaycanın yaxşı təşkilatçılıq təcrübəsinin olduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bütün bunlar təbii ki, ölkənin inkişafına müsbət təsir göstərir. Mən özüm də Azərbaycanın inkişafına heyran qalıram. Hesab edirəm ki, Azərbaycanın dünyaya göstərə biləcəyi çox uğurları var. Bu baxımdan bu Oyunların ölkə üçün çox böyük əhəmiyyəti var".

E.Laziko əlavə edib ki, idman daim millətlər arasında dialoqun inkişafına da şərait yaradır: "Bu baxımdan Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə dünyada dialoqun inkişafına da öz töhfəsini vermiş olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti