...

Novruz Məmmədov ilk Avropa Oyunlarını dəyərləndirdi

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 12:25 (UTC +04:00)
Sabah bütün dünya I Avropa Oyunlarının ana vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq.
Novruz Məmmədov ilk Avropa Oyunlarını dəyərləndirdi

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Sabah bütün dünya I Avropa Oyunlarının ana vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq". Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, ilk Avropa Oyunları həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq.

PA rəsmisi qeyd edib ki, avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar: "Bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxından tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək. Əminəm ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim atletlərimiz öz uğurlu çıxışları ilə bir daha sübut edəcəklər. Mən I Avropa Oyunlarında iştirak edən bütün idmançılara uğurlar arzulayıram!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti