Azərbaycan, Bakı, 12 iyun /Trend/
Qazaxıstanın beynəlxalq xəbər portalında Avropa Oyunları ilə bağlı məqalə yayımlanıb.
Trend-in məlumatına görə, Qazaxıstanın beynəlxalq xəbər agentliyi inform.kz portalında "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.
Yazıda 20 idman növü üzrə 6000-dən artıq atletin mübarizə aparacağı ilk Avropa Oyunlarının bu gün keçiriləcək açılış mərasimində bir çox ölkə başçısı və hökümət rəsmilərinin iştirakına diqqət çəkilir.