...

Aleksandr Jukov: Bakıda keçirilən I Avropa Oyunları bu ilin ən mühüm idman hadisəsidir (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 12:49 (UTC +04:00)
Bakıda keçirilən I Avropa Oyunları bu ilin ən mühüm idman hadisəsidir.
Aleksandr Jukov: Bakıda keçirilən I Avropa Oyunları bu ilin ən mühüm idman hadisəsidir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bakıda keçirilən I Avropa Oyunları bu ilin ən mühüm idman hadisəsidir.

Trend-in verdiyi məlumata əsasən, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda Rusiya Azarkeş Evinin açılış mərasimində jurnalistlərə deyib.

A.Jukov bildirib ki, Azərbaycanda Rusiya Azarkeş Evinin açılışı ölkələrarası sıx əlaqələrin sübutudur: "İdman sahəsində Rusiya və Azərbaycan arasında əməkdaşlıq daim inkişaf edir. Tarixən azərbaycanlı və rusiyalı idmançıları, həmçinin azarkeşlərimizi bir çox cəhət birləşdirib. Sovet dövründə formalaşan ümumi idman irsimiz, mədəni və tarixi ənənələrimiz var"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti