...

Bu gün güləşçilərimiz yarışa başlayır

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 10:00 (UTC +04:00)
Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışları start götürür. Yarışların ilk günündə 4 idmançımız mübarizə aparacaq.
Bu gün güləşçilərimiz yarışa başlayır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışları start götürür. Yarışların ilk günündə 4 idmançımız mübarizə aparacaq.

Trend xəbər verir ki, "Bakı-2015"in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.

Yarışlarda 59, 71, 80 və 98 kiloqram çəki dərəcəsində 4 dəst medal oynanılacaq.

İyunun 13-də 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq.

59 kq

1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO)

71 kq

1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA)

80 kq

1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT)

98 kq

1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE)

İlk görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayır.

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti