...

Trend-in Baş direktorunun müavini "Deutsche Welle" radiostansiyasına Avropa Oyunları ilə bağlı açıqlama verib

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 15:31 (UTC +04:00)
“Eurovision” mahnı musabiqəsi ilə muqayisədə İranın Bakıda keçirilən Birinci Avropa Oyunlarına munasibəti mənfi olmayıb.
Trend-in Baş direktorunun müavini "Deutsche Welle" radiostansiyasına Avropa Oyunları ilə bağlı açıqlama verib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

"Eurovision" mahnı musabiqəsi ilə muqayisədə İranın Bakıda keçirilən Birinci Avropa Oyunlarına munasibəti mənfi olmayıb.

Bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev beynəlxalq tədbirlə bağlı Almaniyanın "Deutsche Welle" radiostansiyasının fars redaksiyasına müsahibə verərkən deyib.

Onun fikrincə, "Eurovision" və Avropa Oyunlarını müqayisə etmək düzgün deyil: "Çünki "Eurovision" mahnı müsabiqəsi şou idi. Hər bir dövlət bu şounu tamaşaçısına dərk etdiyi kimi çatdırmaq hüququna malikdir. Avropa Oyunları isə idman yarışıdır və bu, dünyada qəbul edilən standartlara uyğun keçirilir. Məhz buna görə də İran bu oyunların keçirilməsinə müsbət yanaşır və başqa yanaşmadan söhbət gedə bilməzdi".

A.Nağıyev "Deutsche Welle"-yə I Avropa Oyunlarının keçirilməsinə sərf edilən xərclər haqqında da danışıb: "İlk Avropa Oyunları üçün sərf edilən xərclərin nəticəsi göz qabağındadır. Bakıda yeni tikilmiş 65 mindən çox tutumu olan futbol stadionu Avropada ən müasir idman infrastrukturlarından biri sayılır. Bu xərclər tək tikintiyə sərf edilməyib. Məlumdur ki, həmin stadionun yeri əvvəllər bataqlıq olub. Həmin yer qurudulub. Ərazidə aparılan söküntü işləri, insanların yeni yaşayış yerləri ilə təmin edilməsi və s. də buna daxildir. Düşünürəm ki, təkrar keçiriləcək digər idman oyunlarında və tədbirlərdə bu qədər xərc olmayacaq. İlk oyun olduğundan çəkilən xərclər çox olub".

A.Nağıyev əlavə edib ki, Azərbaycan yaxın 5 il ərzində turizm sahəsindən əldə edilən illik gəlirlərini 5 milyard dollara çatdırmaq istəyir.

Onun sözlərinə görə, bu Oyunlara qoyulan sərmayə Azərbaycanda qeyri-neft sektorunun inkişafına, o cümlədən turizm, xidmət, bank xidməti, rabitə, ticarət və s. sektorların inkişafına təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti