...

Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti: Avropa Oyunları yüksək standartlara malikdir

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 09:48 (UTC +04:00)
Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizdə olan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti Brayn Kukson qadın dağ velosipedçilərinin mübarizəsi başa çatdıqdan sonra Azərbaycan mətbuatına ilk Avropa Oyunları ilə bağlı təəssüratlarını açıqlayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti: Avropa Oyunları yüksək standartlara malikdir

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizdə olan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti Brayn Kukson qadın dağ velosipedçilərinin mübarizəsi başa çatdıqdan sonra Azərbaycan mətbuatına ilk Avropa Oyunları ilə bağlı təəssüratlarını açıqlayıb.

Trend-in məlumatına görə, Bakıya ilk səfəri olduğunu söyləyən B.Kukson Avropa Oyunlarının kifayət qədər yüksək səviyyədə təşkil olunduğunu, açılış mərasiminin isə olduqca möhtəşəm keçirildiyini bildirib: "Bir qədər əvvəl qadınların dağ velosipedi növündə qaliblərə mükafatları təqdim etdik. İdmançılar arasında kifayət qədər titullu atletlər var və bu amil Avropa Oyunlarının yüksək standartlara malik olmasından xəbər verir. Dağ Velosipedi Parkı isə sadəcə möhtəşəmdir və burada idmançıları olduqca çətin mübarizə gözləyir. Mən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədovla görüşdüm və biz bu idman növünün Azərbaycanda gələcək inkişaf planları haqda danışdıq. Son illər ərzində Azərbaycanda bu sahədə xeyli iş görülüb. Bu gün səhər isə federasiyanın yeni ofisində və yenilənmiş Velotrekində oldum. Həmçinin mənə məlumat verildi ki, Azərbaycanda yeni qapalı Velodrom inşa olunacaq. Çox şadam ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün böyük işlər görülür və bunun davamlı olmasını arzulayıram".

2018-ci ildə BMX üzrə Dünya Çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı məsələyə gəlincə, B.Kukson bu yarışın Azərbaycanda təşkilindən məmnun olacağını qeyd edib: "Ümid edirəm ki, yaxın zamanda bununla bağlı müzakirələri yekunlaşdırıb ortaq məxrəcə gələcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti