...

I Avropa Oyunlarının avarçəkmə yarışlarında azərbaycanlı idmançılar medal qazana bilmədilər

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 11:18 (UTC +04:00)
Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib.
I Avropa Oyunlarının avarçəkmə yarışlarında azərbaycanlı idmançılar medal qazana bilmədilər

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib. Trend-inməlumatına görə, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medallar sahibini tapıb.

Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.

Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final mərhələsində qatılan 9 cütlük arasında 8-ci olublar.

İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilrin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti