...

Almaniya Olimpiya Konfederasiyası: Avropa Oyunları Azərbaycanda idmanın inkişafına yeni təkan verəcək

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 16:18 (UTC +04:00)
"Bakı çox sürətlə inkişaf edən şəhərlərdən biridir. Belə bir təəssürat yaranır ki, Azərbaycan hamının irəliyə doğru hərəkət etdiyi ölkədir".
Almaniya Olimpiya Konfederasiyası: Avropa Oyunları Azərbaycanda idmanın inkişafına yeni təkan verəcək

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

"Bakı çox sürətlə inkişaf edən şəhərlərdən biridir. Belə bir təəssürat yaranır ki, Azərbaycan hamının irəliyə doğru hərəkət etdiyi ölkədir". Bu barədə Trend-ə Almaniya Olimpiya Konfederasiyasının mətbuat xidməti rəhbərinin müavini Mişel Şirp deyib.

O bildirib ki, müxtəlif ölkələrdə 4 Olimpiya Oyunlarını izləyib: "Komandamızın atletlərinə Bakıda ilk Avropa Oyunlarının Olimpiya Oyunları standartlarına uyğun olacağını demişdim".

M.Şirp qeyd edib ki, I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm oldu: "Yəqin, mən də hamı kimi Ledi Qaqanın çıxışına təəccüblənmişdim. Bundan başqa, Azərbaycan tamaşaçılarının türkiyəli idmançıları hərarətlə qarşılamağından belə bir nəticəyə gəldim ki, Azərbaycanla Türkiyə arasında həqiqətən də yaxşı münasibətlər var. Bunu öyrənmək də maraqlı idi. Bilirsiniz ki, ölkəmizdə təqribən 3-4 milyon türk yaşayır".

O, həmçinin əlavə edib ki, I Avropa Oyunlarının keçirilməsi Azərbaycanda idmanın inkişafına yeni təkan verəcək: "Tarixlə maraqlanıram və görürəm ki, Azərbaycan coğrafi mövqeyinə görə iki böyük dövlət - şimaldan Rusiya, cənubdan İran arasında mürəkkəb situasiyadadır".

Azərbaycan barədə qərb mətbuatında çıxan neqativ məlumata münasibət bildirən M.Şirp bildirib ki, diplomatiya və siyasətin həll etmək iqtidarında olmadığı məsələlərin həllində idmandan istifadə etmək düzgün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti