...

Avropa Oyunlarında qadın güləşçilərimizdən daha bir medal (FOTO)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 19:51 (UTC +04:00)
Bu gün Bakı-2015 birinci Avropa Oyunlarında güləşçimiz Nataliya Sinişin bürünc medal qazanıb.
Avropa Oyunlarında qadın güləşçilərimizdən daha bir medal (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı-2015 birinci Avropa Oyunlarında güləşçimiz Nataliya Sinişin bürünc medal qazanıb.

Trend xəbər verir ki, Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edən Nataliya Sinişin bu gün 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Tetyana Kit ilə üz-üzə gəlib.

Rusiyalı hakimin idarə etdiyi və gərgin mübarizə şəraitində keçən görüşdə N.Sinişin rəqibini məğlub edib. T.Kitə vaxtından əvvəl - 10:0 hesabı ilə tam qalib gələn güləşçimiz Avropa Oyunlarının bürünc medalını qazanıb.

55 kq
1/8 final - Patrizia Liuzzi (İtalita) - Nataliya Sinişin 0:10
1/4 final - Nataliya Sinişin - Bediha Gün (Türkiyə) 12:0 (təmiz qələbə)
1/2 final - Nataliya Sinişin - Sofia Mattsson (İsveç) 5:6
Bürünc medal görüşü - Tetyana Kit (Ukrayna) - Nataliya Sinişin 10:0

Qeyd edək ki, bu gün qadınların yarışında 48 kq-da mübarizə aparan təmsilçimiz Mariya Stadnik Avropa Oyunlarının çempionu olub. Yarışların ilk iki günündə isə kişi güləşçilərimiz iki dəst, ümumilikdə 6 medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti