...

Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 20:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 65 kiloqram çəki dərəcəsində sərbəst güləş yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib (VİDEO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 65 kiloqram çəki dərəcəsində sərbəst güləş yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı güləşçi Toğrul Əsgərov qazanıb. O, finalda İtaliya təmsilçisi Frank Markes Çamizonu məğlub edib.

Xatırladaq ki, bu gün Toğruldan başqa Azərbaycanın daha 3 güləşçisi xalça üzərinə çıxıb. Onlardan Yaşar Əliyev (57 kq) 3-cü yer uğrunda mübarizə aparsa da, Avropa Oyunlarının bürünc medalını qazana bilməyib. Cəbrayıl Həsənov isə (74 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olub.

İyunun 15-və 16-da qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti