...

Rusiya gimnastları I Avropa Oyunlarında növbəti qızıl medalları qazandılar

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 13:15 (UTC +04:00)
Rusiya gimnastları Dmitri Uşakov və Mixail Melnik I Avropa Oyunları çərçivəsində batut gimnastikasında kişilər arasında sinxron hərəkətlər üzrə 51.100 bal toplayaraq birinci olublar.
Rusiya gimnastları I Avropa Oyunlarında növbəti qızıl medalları qazandılar

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Maksim Tsurkov/

Rusiya gimnastları Dmitri Uşakov və Mixail Melnik I Avropa Oyunları çərçivəsində batut gimnastikasında kişilər arasında sinxron hərəkətlər üzrə 51.100 bal toplayaraq birinci olublar.

Trend-in məlumatına əsasən, gümüş mükafatçılar Belarus dueti Vladislav Qonçarovla Mikalay Kazak, bürünc mükafatçılar isə Almaniya idmançıları Martin Qromovski ilə Kirilo Sonn olub.

Qadınlar arasında sinxron hərəkətlər üzrə yarışların qalibi də Rusiya nümayəndələri Yana Pavlova və Anna Kornetskaya olub. Gümüş medal fransız Marin Jurber ilə Joel Vallezə, bürünc medal isə Portuqaliya nümayəndələri Beatris Martins və Ana Renteyə qismət olub.

Aerobika gimnastikası üzrə qrup yarışlarında da qaliblər müəyyənləşib. Birinci yerə Macarıstan komandası layiq görülüb. Gümüş medal rumın, bürünc medal isə ispan gimnastların aktivindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti