...

Pərviz Bağırov: "Göstərdiyim boksdan razı deyiləm"

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 15:01 (UTC +04:00)
İlk döyüşdə göstərdiyim boksdan razı deyiləm. Burada gücümü cəmi 60 faiz göstərə bildim.
Pərviz Bağırov: "Göstərdiyim boksdan razı deyiləm"

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

"İlk döyüşdə göstərdiyim boksdan razı deyiləm. Burada gücümü cəmi 60 faiz göstərə bildim. Amma bu yarışlara 100 faizlik hazırlaşmışıq. İlk döyüş adətən bir az çətin olur. Çoxdan rinq görmürsən, 2-3 aydan sonra rinqə çıxanda döyüş adama çətin gəlir. İnşallah, bundan sonrakı döyüş asan olacaq və yaxşı boks göstərəcəyik".

Trend xəbər verir ki, bunu Avropa Oyunlarının boks yarışlarında Azərbaycanı yarım-orta çəkidə (69 kq) təmsil edən Pərviz Bağırov 1/8 finalda Moldovadan olan Vasili Belous üzərində qələbə qazandıqdan sonra bildirib.

Onun sözlərinə görə, ilk görüşdə həyəcana qalib gəlməsində tamaşaçıların dəstəyinin böyük rolu olub: "Əslində, istəyirdim ki, bütün gücümü sərf edəm, amma alınmırdı. Çünki ilk döyüş psixoloji cəhətdən həmişə çətin olur. Bir qədər həyəcan da var idi. Amma tamaşaçıların dəstəyi mənə çox kömək oldu. Sağ olsunlar ki, dəstək oldular".

P.Bağırov rəqiblərinin güclü olmasına baxmayaraq, özündə çempion olması üçün güc hiss etdiyini bildirib: "Rəqibim güclü idmançı idi. İki dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Onunla 2012-ci ildə Qazaxıstanda döyüşmüşdüm və qalib gəlmişdim. İnşallah, çox güman ki, növbəti mərhələni də keçəcəyəm. Ondan sonra medal qazanacağıq. Yarımfinalda finalı, finalda da qızılı fikirləşmək lazımdır. Özümdə çempion olmaq üçün lazım olan gücü hiss edirəm. Hər bir idmançı yarışa çempion olmaq üçün çıxır. Bunun üçün uzun müddət hazırlaşır. Mən də əziyyət çəkmişəm. Allahın izni ilə çempion olaram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti