...

Nazirlik: Avropa Oyunlarında telekommunikasiya xidmətləri yüksək səviyyədədir

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 12:54 (UTC +04:00)
İlk Avropa Oyunları ilə əlaqədar təşkil olunan bütün yarışlarda telekommunikasiya xidmətləri ilə təminat yüksək səviyyədədir.
Nazirlik: Avropa Oyunlarında telekommunikasiya xidmətləri yüksək səviyyədədir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İlk Avropa Oyunları ilə əlaqədar təşkil olunan bütün yarışlarda telekommunikasiya xidmətləri ilə təminat yüksək səviyyədədir.

Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, bu barədə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. O, hazırda Oyunların davam etdiyini vurğulayaraq sona qədər eyni səviyyədə telekommunikasiya xidmətlərinin göstəriləcəyini söyləyib.

Oyunlar zamanı beynəlxalq yayımda, informasiyaların ötürülməsində və qəbul edilməsində hər hansı bir fasilə, donma, dayanma, yubanma hallarının yaşanmadığını önə çəkən X.Kişiyev Oyunların son gününə qədər sadalanan halların yaşanmayacağına əminliyini ifadə edib: "Həm Atletlər kəndində, həm də Oyunların keçirildiyi idman mərkəzlərində yaradılan telekommunikasiya infrastrukturu hər bir qonaq tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizə təşrif buyuranlar çox asanlıqla telekommunikasiya xidmətləri vasitəsi ilə istədikləri əməliyyatları həyata keçirə biliblər. Üstəlik, yaradılan infrastruktur onlara daha tez və əlverişli şəkildə informasiya almaq, ötürmək imkanı verib. Bu nüansı xüsusi qiymətləndirən qonaqlar ölkədə İKT istiqamətində görülən işlərdən tam şəkildə razı qalıblar. Bu günə qədər qonaqlarla qurulan ünsiyyətdən bir daha aydın oldu ki, telekommunikasiya infrastrukturu tələbi tam şəkildə qarşılaya bilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti