...

Marius Vizer: Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 20:58 (UTC +04:00)
"Bakıda Avropa Oyunlarını uğurlu təşkil etdiyinə görə, mən inanıram ki, Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər".
Marius Vizer: Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

"Bakıda Avropa Oyunlarını uğurlu təşkil etdiyinə görə, mən inanıram ki, Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər".

Trend xəbər verir ki, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer deyib.

M.Vizerin sözlərinə görə, o, Avropa Oyunlarında təşkilati məsələlərlə yaxından maraqlanıb: "Hər şey yüksək səviyyədədir. İlk olduğuna görə düşünürəm ki, Bakıdakı Avropa Oyunları həmişə yaddaşlarda qalacaq".

Federasiya prezidenti, həmçinin qeyd edib ki, o, Bakıda olduğu 20 gün ərzində heç bir ciddi neqativ halla rastlaşmayıb.

O, Avropa Oyunlarında cüdo yarışlarının da yüksək səviyyədə təşkil olunduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti