...

Avropa Oyunlarında BMX velosiped yarışının vaxtı dəyişdi

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 21:07 (UTC +04:00)
Şənbə günü keçirilməsi nəzərdə tutulan BMX yarışı cümə gününə keçirilib.
Avropa Oyunlarında BMX velosiped yarışının vaxtı dəyişdi

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bakı-2015 Avropa Oyunları çərçivəsində şənbə günü BMX Veloparkında keçirilməsi nəzərdə tutulan BMX velosiped yarışının tarixi yüksək sürətli küləyin olması haqqında hava proqnozuna görə 26 iyun tarixinə keçirilib.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, şənbə günü keçiriləcək BMX velosiped yarışına bilet əldə edən azakeşlər həmin biletləri cümə günü keçiriləcək yarışda iştirak etmək üçün istifadə edə biləcəklər.

Azarkeşlər, eyni zamanda, şənbə günü keçiriləcək yarış üçün aldıqları biletləri aşağıdakı ünvanlarda qaytararaq ödənişlərini geri ala bilərlər:

- "28 Mall"da yerləşən bilet kassalarında (Bakı, Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsində ("28 May" metrostansiyasının yaxınlığında) - əməliyyat müddəti: 28 iyun 2015-ci il tarixinə qədər;

- "Park Bulvar"da yerləşən bilet kassalarında (Neftçilər prospekti, Dənizkənarı bulvar ("Sahil" metrostansiyasının yaxınlığında) - əməliyyat müddəti: 28 iyun 2015-ci il tarixinə qədər;

- Tofiq Bəhrəmov adına Respublika stadionunda yerləşən bilet kassalarında (Bakı, Fətəli xan Xoyski küçəsi, 98a ("Gənclik" metrosunun yaxınlığında) - əməliyyat müddəti: 10 iyul 2015-ci il tarixinə qədər.

Yarış cədvəlində yerdəyişmə 26 iyun tarixində keçiriləcək yarışların saatının uzadılmasına səbəb olub. Yarışın yeni tarixləri: 1-ci yarış (14:30 - 15:55) - Kişilər arasında zamana qarşı yarışlar, Qadınlar arasında zamana qarşı yarışlar, Final görüşləri, 2-ci yarış (17:00 - 18:20) - Motokros yarışlarının seçmə və final mərhələləri

Cümə günü idman yarışlarının cədvəlində edilən dəyişikliklərə görə ekspress avtobusların yarışın keçirildiyi məkana və geri istiqamətdə həkərət rejimində də uzadılmalar edilib.

Yarımfinal və final görüşləri 28 iyun tarixində saat 15:00-dan etibarən keçiriləcəyinə görə şənbə günü hər hansı bir məşq və ya yarış olmayacaq.

Ətraflı məlumatı www.baku2015.com veb-səhifəsindən və 2015 və ya +994 (0) 77 2015 000 "qaynar xətti"ndən əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti