Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir T.Hacıyev/
Çərşənbə günü Azərbaycan yazıçısı Hüseynbala Mirələmovun "Qırxıncı Otaq" kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində yazıçının həyat və yaradıcılığından söz açılıb. Qeyd olunub ki, Hüseynbala Mirələmov hələ Sovet İttifaqı vaxtından Azərbaycanın ictimai fikrinə təsir edib. Onun yaradıcılığında hər zaman vətənpərvərlik ruhu təbliğ olunub.
Təqdimatı keçirilən kitabda "Qırxıncı otaq", "Qumru yumurtaları" və "Qaraçı gözəli Dorito" əsərləri yer alıb. Kitabın redaktoru Reyhan Mirzəzadə, rəssamı isə Yavər Əsədovdur.
"Qırxıncı otaq" əsərinin əsas mövzusu cəmiyyətin yaralı yerlərindən olan qadın zorakılığıdır. Əsərdə bir hakimin cinayətkar qurplaşmalara qarşı mübarizəsi, şəhid ailəsindən olan bir qadını cinayətkar qruplaşmanın əlindən alaraq xilas etməsi və sonda özünün məhv olmasından söz açılıb.