...

Türkiyə həkimləri Azərbaycan aktyoru Coşqun Rəhimova yaxınlaşmağa ehtiyat edirlər

Mədəniyyət Materials 7 Yanvar 2011 17:32 (UTC +04:00)
Bu yaxınlarda Türkiyənin İzmir şəhər klinikasında Azərbaycanın tanınmış yumoristi, "Bu şəhərdə" layihəsinin ulduzu Coşqun Rəhimov qalxanvari vəzinin xərçəngi xəstəliyinin müalicəsindən sonra 200 qram radioaktiv yod içib.
Türkiyə həkimləri Azərbaycan aktyoru Coşqun Rəhimova yaxınlaşmağa ehtiyat edirlər

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Hüseynzadə/

Bu yaxınlarda Türkiyənin İzmir şəhər klinikasında Azərbaycanın tanınmış yumoristi, "Bu şəhərdə" layihəsinin ulduzu Coşqun Rəhimov qalxanvari vəzinin xərçəngi xəstəliyinin müalicəsindən sonra 200 qram radioaktiv yod içib.

"İndi özümü yaxşı hiss edirəm və bir neçə gündən sonra analizlərin nəticələri məlum olmalıdır. Bundan sonra mənim nə vaxt Bakıya qayıdacağım aydın olacaq", - Trend-ə telefonla Rəhimov bildirib.

Nəticələr orqanizmdən radiasiyanın getdiyini və onun təyyarəyə otura bilməsini göstərəcək. Hər şey qaydasında olarsa, aktyor yanvarın 12-13-də qayıdacaq. Əgər radiasiya qalsa, bir neçə gün gözləmək lazım olacaq.

"Palatada darıxdırıcı idi, lakin mənimlə korpusda yod içən daha bir xəstə yatır, odur ki, söhbət etməyə adam var", - Rəhimov qeyd edib.

Həkimlər palataya bütün bədənlərini, boyunlarını örtərək, yalnız sifəti açıq qoyaraq xüsusi geyimdə daxil olublar və ona iki-on metrədən çox yaxınlaşmayıblar. Yaxınlaşma ölçülərinin sayı onun içdiyi yoddan sonra günlərin azalması ilə azalıb.

"Həyat yoldaşına yaxınlaşmaq mümkün olmayanda və onunla yalnız məsafədən danışanda bu klinikada özümü doğum evindəki kimi hiss etdim, - Rəhimovu Türkiyədə müşayiət edən prodüser və "Bu şəhərdə"nin müəllifi Müşviq Abbasov zarafatyana qeyd edib. - Biz onunla xüsusi monitor və onun yatdığı palatada quraşdırılan mikrofon vasitəsilə danışırdıq. Mən də orada idim".

Rəhimov yodu əməliyyatdan sonra qalan mikrobları öldürmək üçün içib.

"Burada bizi çox yaxşı qəbul etdilər və həkim Araz Əliyevin gördüyü iş barədə çox yüksək fikir söylədilər, ümumiyyətlə, ona İzmirdə çox hörmət edirlər və hətta məsləhət almaq üçün müraciət edirlər. Odur ki, biz ona bir daha yüksək səviyyədə aparılmış əməliyyata görə öz minnətdarlığımızı bildiririk", - Abbasov qeyd edib.

Onun sözlərinə görə, İzmirdə həkimlik təhsil alan xeyli sayda azərbaycanlı tələbə var. Onların çoxu Rəhimova baş çəkməyə gəliblər, ondan analiz götürüblər və öz professorlarına aparıblar. Onların hər biri aparılan müalicə kursunun düzgünlüyünü təsdiq ediblər.

"Ümumiyyətlə qeyd etmək istəyirəm ki, onların hamısı peşələrini dəqiqliklə öyrənməyə və biliklərini qayıdandan sonra Azərbaycanda tətbiq etməyə səy göstərən çox ağıllı uşaqlardır", - Abbasov əlavə edib.

Rəhimov İzmirdə bütün həyatı boyu hər gün qəbul edəcəyi həbi içməyə başlayıb. O, qalxanvari vəzini əvəz edir. Coşqun Rəhimov artıq yanvarın sonuna, fevralın əvvəlinə martın 5, 6, 7 və 8-də Heydər Əliyev adına sarayda keçiriləcək mart konsertlərinə hazırlığa başlayacaq.

Xəbər lenti

Xəbər lenti