...

Ukraynada keçirilən "Ekstrasenslərin mübarizəsi"nin qalibi azərbaycanlı olub

Mədəniyyət Materials 10 Yanvar 2011 13:46 (UTC +04:00)
Ukraynada keçirilən "Ekstrasenslərin mübarizəsi"nin qalibi azərbaycanlı olub
Ukraynada keçirilən "Ekstrasenslərin mübarizəsi"nin qalibi azərbaycanlı olub

Azərbaycan, Bakı,

Bazar günü, yanvarın 9-da Ukraynada "dünya savaşı" adını qazanan yeddinci "Ekstrasenslərin mübarizəsi"nin superfinalı keçirilib. Bu layihədə bütün dünya üzrə - Ukrayna, Azərbaycan, Böyük Britaniya, Dağıstan, Nigeriya, Rusiya, ABŞ-dan olan ekstrasenslər iştirak ediblər.

"Ekstrasenslərin mübarizəsi"nin münsiflər heyəti də beynəlxalq olub. Onun tərkibinə layihənin əvəzolunmaz aparıcısı Pavel Kostiçın, rusiyalı teleaparıcı Dana Borisova daxil olublar. Münsiflər heyətinə məşhur illüzionist Yuri Qeller rəhbərlik edib.

Superfinala Azərbaycandan iki nümayəndə - Səbuhi İmanov və Xəyal Ələkbərov, həmçinin Böyük Britaniyanın təmsilçisi Anna Qalyers çıxıblar.

Tamaşaçı səsverməsinin nəticələrinə əsasən, "Ekstrasenslərin mübarizəsi" - "Dünya savaşı"nın qalibi Azərbaycan təmsilçisi Xəyal Ələkbərov olub. Xəyal Məhəmməd peyğəmbərin nəslindəndir və belə hesab edir ki, ona Allah vergisi verilib. O, işləyərkən Qurandan ayələrin həkk olunduğu kasa və duaların yazıldığı şamdan istifadə edir.

Xəbər lenti

Xəbər lenti