...

Aygün Kazımovanın plastik əməliyyat etməsinin əsl səbəbi məlum oldu

Mədəniyyət Materials 23 Fevral 2011 17:39 (UTC +04:00)
Bakının özəl klinikalarından birində 22 fevral tarixində plastik cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın xalq artisti, pop-diva Aygün Kazımova bu addımı nədən atmasının səbəblərini ilk olaraq Trend oxucuları üçün izah etdi.
Aygün Kazımovanın plastik əməliyyat etməsinin əsl səbəbi məlum oldu

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Ş.Cavadsoy/

Bakının özəl klinikalarından birində 22 fevral tarixində plastik cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın xalq artisti, pop-diva Aygün Kazımova bu addımı nədən atmasının səbəblərini ilk olaraq Trend oxucuları üçün izah etdi.

"Mətbuatda mənim dilimdən müxtəlif sözlər yazıla bilər. Amma onların heç bir əsası yoxdur. Artıq neçənci dəfədir ki, mən tanınmış plastik cərrah Rauf Əşrəfovun şəfalı əllərinin köməkliyindən yararlanıram. Dünən Bakıda olduğunu öyrəndim, mənə diskomfort yaşadan cüzi problemləri aradan götürməyə qərar verdim. Əməliyyatı uğurlu adlandırmaq olar. Narkozla keçirilən "gözəlləşmə prosesi" 3 saat keçdi. Oyanan kimi hər şeyin nəinki "şamplena", hətta "şampliko" olduğunu gördüm ("şamplena" və "şampliko" sözləri lüğətə düşməsə də, bu kəlmələri ixtira edən Aygün xanımın özüdür və mənaları hər şeyin əla olmasına işarədən ibarətdir - Ş.C.). İndi çox pozitiv əhvaldayam. Əzizlərim və fanatarım narahat olmasınlar", - xalq artisti dedi.

Aygün Kazımovanın diqqətinə çatdırdıq ki, bizdə olan məlumata görə, plastik əməliyyat etməsinin əsl səbəbi tamam başqadır. Yəni əsl səbəb heç də bədən nahiyəsində edilmiş hansısa əməliyyat deyil. O, sadəcə olaraq qısa olan saçlarını lazer üsulu ilə uzatmaq məqsədi ilə cərrah masasına uzanıb.

"Sizdən heç nə gizlətmək olmur. Maşallah, etibarlı mənbələriniz o qədər dəqiq işləyir ki, təkzib etmək kimi yolum qalmır. Hə, doğru informasiyadır. Əsasən saçlarımı uzatdırdım. Amma millimetrlə ölçülə bilən bəzi bədən korreksiyası da etdirmişəm. Lazım gəlsə, həkimimlə də sizi calaşdıraram, özü də təsdiqləyə bilər", - pop-diva əlavə etdi.

Xəbər lenti

Xəbər lenti