...

Qalmaqal! Tele-aparıcı xalq şairi Zəlimxan Yaqubdan niyə küsdü? (FOTO)

Mədəniyyət Materials 2 Mart 2011 18:34 (UTC +04:00)
Tamaşaçıların Xəzər TV-dən yaxşı tanıdığı "Ulduzlu Xəzər" verilişinin müəllifi və aparıcısı olmuş tanınmış tele-aparıcı Lalə Əlimuxtarova artıq xeyli vaxtdır ki, fəaliyyətini Lider TV-də yayımlanan "Ay ev yiyəsi" layihəsinin müəllifi kimi davam etdirir. Məlumatı olmayan oxucularımızın diqqətinə çatdıraq ki, verilişin əsas mahiyyəti Azərbaycanın populyar incəsənət adamlarını regionlarda yaşayan ailələrə aparıb onlarla görüşdürməkdir. Hər çəkilişi xüsusi yaddaqalan hadisələrlə zəngin olan "Ay ev yiyəsi"ndə sonuncu dəfə xoşagəlməz olay baş verib. Bu barədə Trend-ə Lalənin özü məlumat verdi.
Qalmaqal! Tele-aparıcı xalq şairi Zəlimxan Yaqubdan niyə küsdü? (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Ş.Cavadsoy/

Tamaşaçıların Xəzər TV-dən yaxşı tanıdığı "Ulduzlu Xəzər" verilişinin müəllifi və aparıcısı olmuş tanınmış tele-aparıcı Lalə Əlimuxtarova artıq xeyli vaxtdır ki, fəaliyyətini Lider TV-də yayımlanan "Ay ev yiyəsi" layihəsinin müəllifi kimi davam etdirir. Məlumatı olmayan oxucularımızın diqqətinə çatdıraq ki, verilişin əsas mahiyyəti Azərbaycanın populyar incəsənət adamlarını regionlarda yaşayan ailələrə aparıb onlarla görüşdürməkdir. Hər çəkilişi xüsusi yaddaqalan hadisələrlə zəngin olan "Ay ev yiyəsi"ndə sonuncu dəfə xoşagəlməz olay baş verib. Bu barədə Trend-ə Lalənin özü məlumat verdi.

"Aşıq Telli Borçalı ilə birgə Şəmkir rayonunda yaşayan tanımadığımız bir ailənin qapısını döymək ümidi ilə yola çıxmışdıq. Qonağımız aşıq olduğu üçün istəklərimizdən biri də hörmətli ziyalımız, xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaquba çəkiliş zamanı telefonla zəng edib aşıq sənəti haqqında fikirlərini öyrənmək idi. Yolda olarkən Zəlimxan müəllimə zəng etdik. Və verilişimizə qarşı gözləmədiyim ögey münasibət gördüm. O, bizim veriliş haqqında məlumatlı olmadığını kobud şəkildə dilə gətirdi. Baxmayaraq ki, dəfələrlə müxtəlif tədbirlərdə görüşmüşük və çox normal münasibətimiz olub. Amma telefon danışığımız zamanı hörmətli şairin mənə göstərdiyi mənfi münasibət həqiqətən mənə pis təsir etdi. Və ondan incidim. Ən azından o, məndən yaşca xeyli böyükdür. Axı, zəng etdiyim zaman özümü təqdim etmişdim ki, kiməm. İstədiyim də o idi ki, yazdığı şeirlərindən bir bəndini tamaşaçılarımız üçün söyləsin. Nə yaxşı ki, mən qonaq olacağımız evdən çəkiliş zamanı ona zəng etməmişəm. Yoxsa həmin ailənin yanında üzüqara olardıq. Baxmayaraq ki, sonradan xətrimə dəydiyi üçün zəng etdi, amma mən barışmaq istəmədim", - Lalə Əlimuxtarova dedi.

Tele-aparıcı ziyalı insanların gənc müğənniləri həmişə qınaq obyektivinə çevirməsini əsas gətirərək, Zəlimxan Yaqubun addımını, öz timsalında onun bu hərəkətini ümumi jurnalistlərə qarşı edilmiş hörmətsizlik kimi qiymətləndirməkdən çəkinmədi. "İstəmirəm ki, Telli xanımın adı bu söhbətdə hallansın. Çünki o aşıqdır və istəməzdim ki, gələcəkdə Zəlimxan müəllimlə dost münasibətlərində hansısa problemlər yaşansın. Mən bir jurnalist-aparıcı kimi xalq şairindən incikliyimi dilə gətirirəm. Əgər Zəlimxan Yaqub kimi böyüklərimizdən biri media mənsubu olaraq bizə belə münasibət göstərirsə, onun simasında bəzi yaşlı ziyalılarımızın müğənnilərdən etika, etiket qaydalarına əməletmə tələbləri başadüşülən deyil. Yəni yaşlı nəsil biz gənclərə nümunə olmalıdırlar ki, onlardan nələrsə öyrənək. Bir başqa məsələyə də toxunmaq istəyirəm. O vaxt "Ulduzlu Xəzər" proqramının "Ulduzlu qonaq" rubrikasında qonaq etməkdən ötrü xalq artistləri - tanınmış xanəndələr Arif Babayev, Ağaxan Abdullayev, eləcə də canlı korifeyimiz Akif İslamzadəyə zəng edərkən, hər birindən normal münasibət görmüşəm. Və qonağım da olublar. Hətta fikrimdə var idi ki, xalq şairi kimi onu da bölgələrimizdən birinə qonaq aparım. Mənfi münasibət gördükdə isə sadəcə nə edəcəyimi bilmədim. Sadəcə susdum. Barışığa gəldikdə isə Telli xanıma şəxsən demişəm ki, əgər Zəlimxan müəllim zəng vurub, "qızım, oldu-keçdi" deyərsə, mən onu bağışlayaram. Məni tanıyanlar bilirlər ki, qalmaqallardan özümü sığortalamağa çalışmışam. Amma istəmədən adım o qədər də ürəkaçmayan mövzu ilə bərabər hallanacaq", - Əlimuxtarova əlavə etdi.

Qarşı tərəf olaraq gün boyu xalq şairi Zəlimxan Yaqubun bizə məlum olan mobil telefonuna zəng etsək də, yalnız "bu nömrəyə zəng çatmır" populyar frazasını eşitdik. Amma istənilən halda hörmətli ziyalımızın fikirlərini dərc etməyə hazırıq.

Xəbər lenti

Xəbər lenti