...

Cavanşir Babəlioğlu "Pas" deyib ekranlara çıxır (VIDEO)

Mədəniyyət Materials 27 Sentyabr 2011 13:48 (UTC +04:00)
Gənc bəstəkar və müğənni Cavanşir Babəlioğlu yaradıcılığında durmadan yeniliklər etməyi davam etdirir.
Cavanşir Babəlioğlu "Pas" deyib ekranlara çıxır (VIDEO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Gənc bəstəkar və müğənni Cavanşir Babəlioğlu yaradıcılığında durmadan yeniliklər etməyi davam etdirir. Müğənni Trend-ə açıqlamasında bildirdi ki, Türkiyənin məşhur bəstəkar müğənnisi Soner Sarıkabadayının ona hədiyyə etdiyi "Pas" mahnısına çəkdirdiyi klipi artıq hazırdır.

"İstanbulda olarkən sırf təsadüf nəticəsində Sonerlə görüşümüz baş tutdu. Aramızda yaranan xoş münasibətdən sonra türkiyəli müğənni mənim mahnılarıma qulaq asdı və səsimizin bir-birinə bənzədiyini söylədi. Daha sonra Sarıkabadayı mənə özünün də ifa etdiyi "Pas" mahnısını hədiyyə etdi. Oxudum və formalaşan fikirlərə görə, mahnını yaxşı ifa etmişəm. Fotoqraf Ramzes klip üçün çox fərqli obrazlarda fotosessiyamı etdi. Rejissor Rəhman Əliyev də montajla həmin fotolardan klip hazırladı. Çəkilişlərdə zəhmət çəkmiş hər kəsə təşəkkürümü bildirirəm. Əminəm ki, internetdə ilk dəfə Trend-də yayımlanacaq klip izləyicilərin də marağına səbəb olacaq" - Cavanşir dedi.

Xəbər lenti

Xəbər lenti