...

Günay Musayevanın toyu təxirə düşdü

Mədəniyyət Materials 29 Sentyabr 2011 12:42 (UTC +04:00)
28 avqust tarixində tanınmış türk akyoru Tolga Karellə rəsmi nikaha girən azərbaycanlı model, "Best Model of the World" yarışmasının vitse-gözəli seçilmiş Günay Musayevanın 29 sentyabra təyin edilmiş toyu təxirə düşdü.
Günay Musayevanın toyu təxirə düşdü

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

28 avqust tarixində tanınmış türk akyoru Tolga Karellə rəsmi nikaha girən azərbaycanlı model, "Best Model of the World" yarışmasının vitse-gözəli seçilmiş Günay Musayevanın 29 sentyabra təyin edilmiş toyu təxirə düşdü. Səbəblər barədə Trend-ə danışan Günay toyunun vaxtının dəyişməsinin həyat yoldaşının gərgin işi ilə əlaqələndirdi.

"Bilindiyi kimi, TRT telekanalı Osmanlı səltənətinin tarixindən bəhs edən serial çəkir və Tolqa baş qəhrəmanlardan birini canlandırır. Sırf çəkilişlərin gecə-gündüz aparılması səbəbindən toyumuzun vaxtında dəyişiklik etdik. Onsuz da artıq evlilik həyatını yaşayırıq. Amma toy çaldırmaq da mütləqdir. Allahın izni ilə okyabrda vəd verdiyimiz Osmanlı toyu ilə əzizlərimizi xoş günümüzə toplayacağıq", - model fikirlərini belə tamamladı.

Xəbər lenti

Xəbər lenti