...

Ritmlərin danışacağı gün anşlaq olacaq (FOTO)

Mədəniyyət Materials 20 Oktyabr 2011 16:57 (UTC +04:00)
Zərb alətlərinin mahir ifaçısı Rövşən Cabbarovun rəhbərlik etdiyi "Rovşən" ritm qrupunun üzvləri ciddi-cəhdlə 23 oktyabr tarixində verəcəkləri növbəti solo-konsertə hazırlaşırlar.
Ritmlərin danışacağı gün anşlaq olacaq (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Zərb alətlərinin mahir ifaçısı Rövşən Cabbarovun rəhbərlik etdiyi "Rovşən" ritm qrupunun üzvləri ciddi-cəhdlə 23 oktyabr tarixində verəcəkləri növbəti solo-konsertə hazırlaşırlar. Trend-ə konsertlə bağlı məlumat verən qrup rəhbəri dedi ki, musiqiçilərin çıxışı H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnəsində baş tutacaq.

"Konsertdən iki ay əvvəl artıq məşqlərə başlamışıq. Gündəlik olaraq proqramı məşq edirik. Ümid edirik ki, həmin gün tamaşaçılara maraqlı ritmli anlar bəxş edə biləcəyik", - Rövşən belə dedi.

Onu da dəqiqləşdirdik ki, konsert üçün nəzərdə tutulan bütün biletlər satılıb. Demək ritmlərin danışacağı gün anşlaqla keçəcək.

Qrupu təbrik etmək üçün estrada müğənnilərinin bir neçəsi həmin gün Sumqayıta gedəcəklər.

Xəbər lenti

Xəbər lenti