...

Samir Bağırov: Kişi kimi görünmək xoşuma gəlir

Mədəniyyət Materials 21 Oktyabr 2011 16:21 (UTC +04:00)
Səhnənin ekstravaqand müğənnisi kimi qəbul edilən Samir Bağırov etiraf etdi. Trend-ə açıqlama verən müğənni bildirdi ki, qarderobunu təzələyib, özünə yeni kişi kostyumları alıb.
Samir Bağırov: Kişi kimi görünmək xoşuma gəlir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Səhnənin ekstravaqand müğənnisi kimi qəbul edilən Samir Bağırov etiraf etdi. Trend-ə açıqlama verən müğənni bildirdi ki, qarderobunu təzələyib, özünə yeni kişi kostyumları alıb.

"Kişi kimi görünmək xoşuma gəlir. Artıq dəvət aldığım verilişlərdə iştirak edəndə sırf ciddi geyimlərdə görünürəm. Modelyerlərin mənim üçün hazırladıqları geyimlərdən bir müddət istifadə etmək istəmirəm. Dəyişiklik etmək, fərqli görünmək daim məndə mükəmməl alınır. Odur ki, gələn aydan etibarən imicini yenilənmiş Samiri görəndə heç kim təəccüblənməsin", - Bağırov belə dedi.

Uzun saçlarını kəsdirib-kəsdirməyəcəyi ilə bağlı ünvaladığımız sualları müğənni cavabsız qoydu.

Xəbər lenti

Xəbər lenti