...

İlhamə Quliyeva Zirəddin Rzayevin yubileyində fəxri qonaq oldu (FOTO)

Mədəniyyət Materials 12 Noyabr 2011 15:51 (UTC +04:00)
"Ekstrasenslərin döyüşü" telelayihəsində iştirakı ilə Rusiyada qısa müddətdə tanınan azərbaycanlı ekstrasens Zirəddin Rzayev bu günlərdə 30 yaşını təntənəli şəkildə qeyd edib.
İlhamə Quliyeva Zirəddin Rzayevin yubileyində fəxri qonaq oldu (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Ekstrasenslərin döyüşü" telelayihəsində iştirakı ilə Rusiyada qısa müddətdə tanınan azərbaycanlı ekstrasens Zirəddin Rzayev bu günlərdə 30 yaşını təntənəli şəkildə qeyd edib.

Ekstrasensin yaxın dostu, tanınmış rejissor-şoumen Sərxan Kərəmoğlu Trend-ə məlumat verərək bildirdi ki, əsl dost məclisinin fəxri qonağı türk dünyasının sənət kraliçası İlhamə Quliyeva olub.

Moskvanın elit-restoranlarının birində baş tutan məclisdə İlhamə xanımla yanaşı, başqa dostları - şoumen Murad Dadaşov, teleaparıcı Zaur Baxşəliyev, "V&V Company"nin təsisçiləri, biznesmenlər Valeri və Vadim İlişayev qardaşları, o cümlədən məşhur rus müğənnisi Stas Pyexa da iştirak edib.

Sərxan Kərəmoğlu Trend-in xüsisi fotoqrafı kimi ad günü məclisindən bir neçə şəkillər də çəkib. Həmin fotoları diqqətinizə çatdırırıq.

Xəbər lenti

Xəbər lenti