...

"Eurovision 2012" təmsilçisi: Azərbaycanı Bakıdakı şouda təmsil etmək böyük məsuliyyətdir

Mədəniyyət Materials 15 Fevral 2012 15:55 (UTC +04:00)
Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Səbinə Babayeva bunun böyük məsuliyyət olduğunu bildirib.
"Eurovision 2012" təmsilçisi: Azərbaycanı Bakıdakı şouda təmsil etmək böyük məsuliyyətdir

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Səbinə Babayeva bunun böyük məsuliyyət olduğunu bildirib.

Trend-in çərşənbə günü müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Səbinə Babayeva həmin sayta müsahibəsində bildirib.

"Mənim üçün Azərbaycanı Azərbaycandakı şouda təmsil etmək böyük məsuliyyətdir", - Babayeva deyib.

Səbinə Babayeva "Eurovision" mahnı müsabiqəsinin milli seçim turunda 2008-ci ildən ardıcıl iştirak edib. Bu müddətdə heç vaxt ruhdan düşmədiyini deyən Səbinə Babayeva Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil etməyin ən böyük arzusu olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti