...

Bu gün Rusiya və Slovakiyanın "Eurovision 2012" təmsilçiləri məlum olacaq

Mədəniyyət Materials 7 Mart 2012 15:07 (UTC +04:00)
Bu gün Rusiya və Slovakiya Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün təmsilçilərini seçəcəklər.
Bu gün Rusiya və Slovakiyanın "Eurovision 2012" təmsilçiləri məlum olacaq

Azərbaycan, Bakı, 7 mart /Trend/

Bu gün Rusiya və Slovakiya Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün təmsilçilərini seçəcəklər.

Trend-in çərşənbə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Slovakiyada bu proses daxili seçim yolu ilə olacaq. Slovakiya "Eurovision" mahnı müsabiqəsində ilk dəfə 1994-cü ildə çıxış edib. Bundan sonra müsabiqədə iştirak etməyən Slovakiya yarışmaya 2009-cu ildə qayıdıb.

Rusiyada isə müsabiqə təmsilçisinin seçilməsi üçün milli final gecəsi keçiriləcək. Rusiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək uğrunda 25 nəfər mübarizə aparacaq. Ölkənin milli finalında Dima Bilan, Yuliya Volkova, Timati, "Buranovskiye Babuşki" qrupu kimi tanınmış ifaçılar da var. Rusiya təmsilçisi münsiflər heyəti və tamaşaçı səsverməsi ilə müəyyənləşəcək.

Milli final Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Şou "Rossiya-1" və "RTR-Planeta" kanalları ilə canlı yayımlanacaq.

Rusiya təmsilçisi mayın 22-də keçiriləcək birinci, Slovakiya təmsilçisi isə mayın 24-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti