...

Slovakiyanın "Eurovision 2012" təmsilçisi məlum oldu

Mədəniyyət Materials 7 Mart 2012 17:42 (UTC +04:00)
Slovakiyanın RTVS televiziyası builki ölkə təmsilçisini daxili seçim yolu ilə müəyyənləşdirib.
Slovakiyanın "Eurovision 2012" təmsilçisi məlum oldu

Azərbaycan, Bakı, 7 mart /Trend/

Slovakiyanın RTVS televiziyası builki ölkə təmsilçisini daxili seçim yolu ilə müəyyənləşdirib.

Trend-in çərşənbə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, bu prosesin çətinliyini bildirən təşkilatçılar uğurlu nəticə əldə etdiklərinə inanırlar. Ölkəni Avropanın ən nüfuzlu mahnı şousunda "Don't Close Your Eyes" mahnısı ilə Max Jason Mai təmsil edəcək.

22 yaşlı müğənni "Czechoslovak Idol" müsabiqəsində populyarlıq qazanıb. Xatırladaq ki, Slovakiya "Eurovision" mahnı müsabiqəsinin mayın 24-də keçirilən ikinci yarımfinalında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti