...

Səbinə Babayevanın "Eurovision 2012" mahnısının klipi təqdim olundu (VİDEO)

Mədəniyyət Materials 19 Mart 2012 11:47 (UTC +04:00)
Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When the music dies" mahnısının klipi təqdim olunub.
Səbinə Babayevanın "Eurovision 2012" mahnısının klipi təqdim olundu (VİDEO)

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When the music dies" mahnısının klipi təqdim olunub.

Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, mahnının müəllifləri İsveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. Mahnı sevgi fəlakəti və onun dərin ağır tәәssüratlarından bəhs edir.

"When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri-kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub. Muğam partiyasını isə Alim Qasımov ifa edir.

Xəbər lenti

Xəbər lenti