...

Alim Qasımov Azərbaycanın "Eurovision 2012" mahnısındakı muğam ifasından danışıb

Mədəniyyət Materials 29 Mart 2012 19:09 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When The Music Dies" adlı mahnısını ilk dinləyənlərdən biri xalq artisti Alim Qasımov olub.
Alim Qasımov Azərbaycanın "Eurovision 2012" mahnısındakı muğam ifasından danışıb

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When The Music Dies" adlı mahnısını ilk dinləyənlərdən biri xalq artisti Alim Qasımov olub. Çünki mahnının ilk nüsxəsi dinləmək üçün xanəndəyə göndərilib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, musiqini dinlədikdən sonra ustad xanəndə melodiyaya uyğun olaraq bir neçə muğamdan, xüsusilə də "Bayatı Şiraz" muğamının "Bayatı İsfahan" şöbəsindən ekspromt boğazlar edib. "When The Music Dies" mahnısında məhz həmin ekspromt ifadan hissələr yer alır.

Xatırladaq ki, "When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub.

Xəbər lenti

Xəbər lenti