...

Tarix Muzeyində əsərləri saxlanılan Azərbaycan rəssamlarının sərgisi keçiriləcək

Mədəniyyət Materials 2 Aprel 2012 15:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyində əsərləri saxlanılan Azərbaycan rəssamlarının bədii əsərlərinin sərgisi keçiriləcək.
Tarix Muzeyində əsərləri saxlanılan Azərbaycan rəssamlarının sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyində əsərləri saxlanılan Azərbaycan rəssamlarının bədii əsərlərinin sərgisi keçiriləcək. Bunu bazar ertəsi Trend-ə AMEA-nın vitse-prezidenti, muzeyin direktoru Nailə Vəlixanlı deyib.

Onun sözlərinə görə, belə sərgi Azərbaycanda ilk dəfə keçirilir. Sərgi iyunda təşkil olunacaq.

Sərgidə Azərbaycanda yaşayan, amma qeyri-azərbaycanlı olan rəssamların da əsərləri nümayiş olunacaq.

Vəlixanlı bildirib ki, iyunda muzeylərin problemlərinə həsr olunmuş respublika konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti