Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/
"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu bu gün Dənizkənarı Milli Parkda Azərbaycanda ilk dəfə olaraq unikal bir aksiya keçirib.
Fan Klubdan Trend-ə verilən məlumata görə, aksiyanın iştirakçıları olan 500 nəfər dəniz dəhlizində toplaşaraq, hava fənərlərini yandıraraq səmaya uçurublar. Müxtəlif rənglərdə olan hava fənərlərinin yandırılaraq havaya uçurdulması "Eurovision"un "Light Your Fire" sloqanına uyğunluğunu simvolizə edib.
Bakıya işıq saçan hava fənərləri (FOTO)
"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu bu gün Dənizkənarı Milli Parkda Azərbaycanda ilk dəfə olaraq unikal bir aksiya keçirib
