...

TRT "Avropa Avropa" teleserialının Bakıdakı çəkilişlərinə başlayıb

Mədəniyyət Materials 30 Aprel 2012 15:09 (UTC +04:00)
Türkiyənin dövlət televiziyası TRT-nin baxımlı teleserialı olan "Avropa Avropa" Bakıdakı çəkilişlərinə başlayıb.
TRT "Avropa Avropa" teleserialının Bakıdakı  çəkilişlərinə başlayıb

Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir M.Əliyev/

Türkiyənin dövlət televiziyası TRT-nin baxımlı teleserialı olan "Avropa Avropa" Bakıdakı çəkilişlərinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TRT-nin Bakı təmsilçiliyinin məlumatında deyilir.

Çəkilişlər Türk şəhidliyi, İçərişəhər, Nizami parkı, Sahil parkı, Park Bulvar İş Mərkəzində olacaq.

Ortaq mədəniyyəti əks etdirən bu çəkilişlər iki gün davam edəcək.

Banu Akdenizin prodüsserliyi, Şafak Balının rejissorluğu ilə çəkilən teleserialda məşhur aktyorlardan Tarık Unluoğlu, Durul Bəzən, Selen Seyven, Sehsuvar Aktas, Kadir Çöpdemir, Burak Serdar Şenaldan başqa, azərbaycanlı müğənni Aslan Şirin və Türkiyəli teatr aktyoru Rasim Aşın da çəkiləcəklər.

"Avropa Avropa" teleserialının aktyorları mayın 1-də saat 18:00-da Park Bulvarda imza günündə pərəstişkarları ilə görüşəcəklər.

Qeyd edək ki, "Avropa Avropa" teleserialının Bakı bölümü 3 həftə sonra bazar günü Türkiyə vaxtı ilə saat 19:50-də TRT 1 ekranlarında yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti