...

İslandiyanın təmsilçisi: Bakıda olmaq çox gözəldir (FOTO)

Mədəniyyət Materials 13 May 2012 15:10 (UTC +04:00)
Mən Bakıda olmağımdan çox məmnunam.
İslandiyanın təmsilçisi: Bakıda olmaq çox gözəldir (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/

Mən Bakıda olmağımdan çox məmnunam. Trend-in məlumatına görə, bunu repetisiyadan sonra keçirdiyi mətbuat konfransında İslandiyanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisi Qreta Salome deyib.

Onun sözlərinə görə, şəhər çox gözəldir, xüsusəndə yeni inşa edilmiş hündür binalar şəhərə gözəllik gətirir.

"Bakı Kristal Zalı"n hərtərəfli imkanlara malik olduğunu deyən İslandiyanın təmsilçisi müsabiqə üçün çox gərgin hazırlaşdıqlarını qeyd edib.

Qeyd edək ki, bu gün "Eurovision Mahnı Müsabiqəsi-2012" iştirakçılarının repetisiyalarına start verilib.

İlk məşqi müsabiqədə ifa edəcəyi "Euro Neuro" mahnısı ilə Çernoqoriyanın təmsilçisi Rambo Amadeus keçirib.

Gün boyu davam edəcək məşqlərdə İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsverçrə, Belçika və Finlandiya təmsilçiləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti