...

Latviya təmsilçisi mətbuat konfransında “Sarı gəlin” xalq mahnısını ifa edib (FOTO)

Mədəniyyət Materials 13 May 2012 17:01 (UTC +04:00)
Latviyanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisi Anmari mətbuat konfransında Azərbaycan dilində “Sarı gəlin” xalq mahnısnı ifa edib.
Latviya təmsilçisi mətbuat konfransında “Sarı gəlin” xalq mahnısını ifa edib (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/

Latviyanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisi Anmari mətbuat konfransında Azərbaycan dilində "Sarı gəlin" xalq mahnısnı ifa edib.

Trend-in məlumatına görə, Anmari qeyd edib ki, onun mahnısı çox sevimlidir və tamaşaçıların zövqünü oxşayacaq.

Anmari "Eurovision" mahnı müsabiqəsində "Beautiful song" mahnısı ilə çıxış edəcək.

Qeyd edək ki, bu gün "Bakı Kristal Zalı"nda "Eurovision Mahnı Müsabiqəsi-2012" iştirakçılarının repetisiyalarına start verilib.

İlk məşqi müsabiqədə ifa edəcəyi "Euro Neuro" mahnısı ilə Çernoqoriyanın təmsilçisi Rambo Amadeus keçirib.

Gün boyu davam edəcək məşqlərdə Çernoqoriya, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsverçrə, Belçika və Finlandiya təmsilçiləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti