Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/
İsveçrəni "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən "Sinplus" qrupu "Bakı Kristal Zalı"da ilk repetisiyasını keçirib.
Trend repetisiyadan görüntüləri təqdim edir.
Repetisiyadan sonra mətbuat konfransı keçirən qrup üzvləri "Bakı Kristal Zalı"da səhnə görünüşünün, səs və digər effektlərin yüksək səviyyədə təşkil olunduğunu deyib.