Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
Bosniya və Herseqovinanı "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən Maya Sar Bakının gözəlliyinə, xüsusilə gecələrinə vurulduğunu deyib.
Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında müğənni bundan əvvəl iştirak etdiyi yarışmalardan fərqli olaraq "Eurovision Mahnı Müsabiqəsi-2012"də daha çox həyəcan keçirdiyini söyləyib.
Müğənni müsabiqədə öz bəstələdiyi mahnı ilə çıxış edəcəyini deyib.
Bosniya və Herseqovinanın "Eurovision" təmsilçisi Bakı gecələrinə vurulub (FOTO)
Bosniya və Herseqovinanın "Eurovision" təmsilçisi Bakı gecələrinə vurulub.
