...

Astanada Müslüm Maqomayevin xatirə gecəsi keçiriləcək

Mədəniyyət Materials 19 Sentyabr 2012 19:20 (UTC +04:00)
Sentyabrın 21-də Azərbaycanın Qazaxıstandakı səfirliyi Astana şəhər rəhbərliyi birlikdə "Kazaxıstan" mərkəzi konsert salonunda böyük Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirəcək.
Astanada Müslüm Maqomayevin xatirə gecəsi keçiriləcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 21-də Azərbaycanın Qazaxıstandakı səfirliyi Astana şəhər rəhbərliyi birlikdə "Kazaxıstan" mərkəzi konsert salonunda böyük Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Qazaxıstanın mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Rusiya və Azərbaycandan gəlmiş incəsənət ustaları da iştirak edəcək, böyük müğənninin ölməz mahnıları ifa olunacaq.

Qeyd edək ki, bu gün konsert salonunun foyesində böyük musiqiçinin həyat və yaradıcılığından bəhs edən fotosərgi açılıb.

Xəbər lenti

Xəbər lenti